Titanik filminə böyük ehtimal hər kəs baxıb, izləyib. 90-cı illərin ən çox izlənilən və bəyənilən filmi idi. Titanik gəmisinin parçalanmasının əsas səbəbi aysbergin görünməyən tərəfi ilə toqquşması nəticəsində baş verdi. Bizim həyatımız da belədir. Hadisələrin görünən tərəfi deyil, əslində sonradan fərginə vardığımız görünməyən tərəfləri ilə üzləşdiyimiz zaman biz yaralanırıq, incinirik, alt - üst oluruq.
Yeni insanlar tanıdığımız zaman hər kəs də olmasa, çox insan özünü görmək istədiyi kimi qarşındakına göstərir, tanıdır. Yalnız zaman keçdikcə, okeanın daha dərinliklərinə getdikcə hər şeyin tamam fərqli olduğu açıq - aşkar görünür. Və yalnız bu zaman, o insan haqqında yanıldığımızda, Titanikdə olduğu kimi, ilk öncə biraz yaralanırıq, sonra hərəkət etdikcə o yara dərinləşir, qəlbə "su", yani ağrı dolur və sonda o su gözlərdən daşır. Geriyə sadəcə dağıntı qalır. Əgər sən güclüsənsə, o dağıntılardan Rose kimi salamat qurtulub 100 yaşına qədər yaşaya bilərsən, amma xatirələrlə. Yox əgər Jack kimi zəifsənsə, sevirsənsə və özünü, həyatını, xoşbəxtliyini başqalarına qurban verirsənsə, o zaman dağıntıların altında qalmağa, okean suyunda donmağa məhkumsan.
Yəqin sizdən də soruşurlar, niyə belə olmusan niyə dəyişmisən?Çünki onlar sadəcə sizin üzdən göstərdiyiniz və ya göstərməyə məcbur olduğunuz insanı tanıyırlar. Nələr yaşadığınızı, nələrdən keçdiyinizi və sizi bu hala gəlməyinizə səbəb olan hadisələri düşünmək istəmirlər, sadəcə qınayırlar. Üzdən aysberg xırda buz parçasına bənzəyir. Soyuq, iti, kəskin. Bəs alt hissəsi?
Özünüzü kiməsə açıqlamaq məcburiyyətində deyilsiniz. Elə zamanda yaşayırıq ki, hər kəs özünü güclü görsətmək məcburiyyətində hiss edir. Haqlıdılar da.
İnanın mənə, insanlar sosial şəbəkələrdə olduqlarından daha güclü, daha xoşbəxt görünməyə çalışırlar, problemlərini, zəif nöqtələrini göstərmək istəmirlər. Çünki bilirlər, onları oxuyanların 90%-i maraqlanmıyacaq,digər 5% sevinəcək, qalan 5% isə həmin nöqtədən vurmağa çalışacaqlar. Ona görə, birini statuslardan və ya şəkillərdən xoşbəxt gördüyünüz zaman, onlara heç vaxt qibtə etməyin. Çünki:
1) O xoşbəxtlik üçün nələrdən keçdiyini bilmirsiz
2) Böyük ehtimal, o insan şəkildə göründüyündən daha bədbəxtdi.
İnsanları anlamağa çalışın, mühakimə etməyin və qınamayın. Sabah sizi nələr gözləyir, heçkəs bilmir...
Bəzən sən özün üçün güclü olmağa məcbursan. Sən bilməlisən ki, sən yaxşı insan və yaxşı dostsan. Eşq, dostluq, mübarizə aparılası ən gözəl hissdir, lakin bəzən o mübarizəni sən tək aparmamalısan. Bəzən, sənin üçün də mübarizə aparmalıdırlar. Əgər etmirlərsə, o zaman sən sadəcə irəli getməli və anlamalısan ki, sənin onlara verdiklərin onların sənə verdiklərindən daha çox olub. Hər zaman mübarizə apar, yorulduğun zaman isə mübarizə aparılan ol!Asybergin yaraları ilə yaşamaq məcburiyətində deyilsən, dur, silkələn, tozu təmizlə, özünü toparla və həyatına qaldığın yerdən davam et!
Bundan qabaqkı paylaşımda yazdığım kimi:
Aşksız geçen bir ömür beyhude yaşanmıştır. Acaba ilahi aşk peşinde mi koşmalı, mecazi mi, yoksa dünyevi, semavi ya da cismani diye sorma! Ayrımlar ayrımları doğurur. AŞK’ın ise hiçbir sıfat ve tamlamaya ihtiyacı yoktur.
Və sonda...
Hey little fighter
Titanik filminə böyük ehtimal hər kəs baxıb, izləyib. 90-cı illərin ən çox izlənilən və bəyənilən filmi idi. Titanik gəmisinin parçalanması...