Şiddətlə oxumağınızı tövsiyyə etdiyim 5 kitabım

By February 10, 2016

Kitab oxumaq və mütaliə etmək bütün zamanlarda və bütün yaşlarda ən böyük bilik mənbəyidir. Son 20 ildə texnologiyanın inkişafı nəticəsində insanların internetə və sosial şəbəkələrə marağı artaraq qəzet və kitab oxuyan gənclərin sayının günbəgün aşağı düşməsi təəssüfləndirici haldır. Bu gənclərin arasında kitabı kompüter, kindle kimi elektron vasitələrdən oxuyanlar da var. Amma heç bir elektronik vasitə yeni kitab almağın, o kitabı açıb səhifələrini qoxlamağın və ən əsası kitab rəfi düzəldərək o rəfə bitirdiyin kitabları yerləşdirməyin həzzini yaşatmır.

Bir də musiqi dinləyərək bədii kitab oxuyan insanlar da var. Amma mənim üçün ya musiqi, ya da kitab. İkisini eyni anda edərək dincəlmək mümkün deyil. Çünki o zaman musiqi fonunda oxuduğun kitabdan fikrini toparlayıb nə yazılanı dərk edə bilirsən, nə də oxuduğundan həzz ala bilirsən.

Xatırlayıram, abituriyent olduğun zaman bir müəllimim var idi. Təbii ki, o zaman bədii kitab oxumağı çatdırmaq o qədər asan bir şey deyildi. Amma o bizə məcbur edirdi və onun bir sözü həmişəlik beynimdə həkk olundu: "Çalışın kitab oxuduğunuz zaman aralarında ən az 1 gün fasilə verin ki, o beyninizdə tam otursun". O zaman oxuduğumuz daha çox Azərbaycan ədəbiyyatından, klassiklərindən seçmələr idi. Nizami Gəncəvi, Füzuli, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov və bu kimi şair, yazıçı və dramaturqların əsərlərinin hamısın oxumasaq da, adlarını əzbər bilməyi bizə bir vətəndaşlıq borcu olaraq öyrədirdi. Zənnimcə, kitab oxumaq və yazı yazmaq həvəsim uşaqlıqdan gəlsə də, bu həvəsimi alovlandıraraq üzə çıxaran və mənə sənət olaraq olmasa da, (çox istəsəm də alınmadı) hobby olaraq mənə aşılayan O oldu. Sırf buna görə içimdən hər gün ona minnətdarlıq duyur, və üzərimdə çəkdiyi əziyyətlərə görə qarşısında baş əyirəm.

Ümumiyyətlə, zövqlər müxtəlifdir və buna görə hər bir insanın ən sevdiyi kitablar janrdan aslı olaraq dəyişə bilər. Mənsə, öz sevimli 5-liyim haqqında bir az məlumat vermək istəyirəm.

5) Hüseyn Cavid - İblis


Azərbaycanın bədii-ictimai fikir tarixində ölməz yer tutan, öz əsərlərində humanist ideallara, gözəlliyə, həqiqətə, xeyirxahlığa, əmin-amanlığa çağıran, Azərbaycan romantizminin inkişafında özünəməxsus mərhələ olan filosof-şair Hüseyn Cavid irsi çox böyük və genişdir. Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. Yerdəkilərin İblis adlı səcdəgahı var: yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər.Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb.Yerdəkilərin yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır. Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.Fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir Yer idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır.Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır. Mənəviyyat göysüzləri Vicdanın səsini eşitmirlər. Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik – İnsansızlıqdan yaranır. Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar. 



İblis nədir? 

- Cümlə xəyanətlərə bais... 

Ya hər kəsə xain olan insan nədir? 
- İblis... 

4) Varis - Bir ovuc torpaq

Müasir dövr yazıçılarımızdan olan Varisin əsərlərinin üz qabğında ilk diqqəti çəkən "Kitab oxumağın vaxtı yetişdi!" sitatıdır. Çox qısa zamanda nəfəs almadan oxunan kitablar sırasındadır. Əsərdə əslində bir-biriləri ilə əlaqəli olan iki həyatdan danışılır. Hissə-hissə hər bir həyat barəsində ətraflı məlumat verilir. Hər hissənin əvvəlində isə qaçqın düşmüş gənclərin inşa dəftərindən yazılar verilir. Həyatın bir neçə qanunları var ki, onları bilmək insanı çətin məqamlardan qurtara, həyatını qurmağa yardımçı ola bilər. Baş roldakı oğlanın bir kitabdan oxuduğu cümlələr əsl həyat qanunlarıdır sanki. Əsərdə fəlsəfi fikirlərin öz əksini tapması onu daha da oxunaqlı edir, mükəmməlləşdirir. Süjet xəttininin axıcılığı və gözlənilməz sonluq əsəri mənim üçün daha dəyərli etdi. Ümumiyyətlə, kitablarda heç gözləmədiyim final görmək məncə kitabı daha çox sevdirir.

Yaşamaq üçün unutmaq, unutmaq üçün isə ölmək lazımdır...

3) Zülfü Livanelli - Kardeşimin hikayesi

Tamamilə mistik və dedektiv janrında yazılmış bu kitabı oxuduqdan sonra təsirindən uzun müddət çıxmayacağınıza əmin olun. Detektiv bir hikayəni sevgi ile birləşdirən, lakin sevgini mühakimə etməyimizə səbəb olan roman sizi mürəkkəb bir hikayənin içinə çəkəcək.

Karadeniz’in kiçik bir qəsəbəsi günə bir cinayət xəbəri ile başlayarr. Bu cinayət biri üçün həyatın sonu, başqaları üçün yeni bir həyatın başlanğıcıdır. Bir tərəftə bir mühəndis, digər tərəfdə isə maraqlanan bir jurnalist. 

Zülfü Livaneli yeni kitabı ilə birlikdə xoşbəxtlikdə son nöqtənin sevgi olduğuna inananlara fərqli bir mesaj göndərir. Bunu edərkən də oxuyucularına mükəmməl hazırlanmış qarışıq və təhlükəli bir hekayə təqdim edir.


Aşk bir uçurum kıyısında gözü bağlı yürümektir.


2) Adam Fawer - Olasılıksız

"Oxumadan ölməyin" deyərək bu kitabı sizə şiddətlə tövsiyə edirəm. Kitabın sonluğunu heç bir zaman təxmin edə bilməzsiniz, çünki hər yeni səhifə yeni bir ehtimal yaradır. Əsərin qəhrəmanı David tam bir hesab mütəxəssisidir və bu istedadına güvənərək qumar oynayır. O oynarkən beynində bütün ehtimalları dəyərləndirərək qalib gəlməyə çalışır, lakin adı üstündə: "EHTİMAL". Rus mafiyasına böyük məbləğdə pul uduzur və əslində bütün hekayə burdan başlayır.


İnsanlar gördükleri geleceklere giden yolu her zaman izlemezler. Ama izlerlerse ve bu gerçekleşirse, bu bilinçte birden ortaya çıkar; işte Deja Vu denilen şey de budur.


Və ən sonunda...

1) Elif Şafak - AŞK

"Mənə hansı kitab oxumağı məsləhət görərsən?" sualını eşitdiyim zaman düşünmədən verdiyim cavabdır bu kitab. İlk baxışdan romantik bir kitab təsiri bağılasa da, sizin həyat tərzinizi, düşüncənizi və özünüzü dəyişdirəcək bütün kitablardan tamamilə fərqli bir əsərdir. 

Ella Rubinntain Amerikalı bir ev xanımıdır. Tipik burjua dəyərlərinin hakim olduğu olduqca imkanlı bir ailəsi və görünüşdə "problemsiz" bir evliliyi var. Üç uşağını da böyütdükdən sonra bir nəşriyyatda redaktor köməkçisi vəzifəsində işləyir, ilk işi isə A.Z.Zahara adlı tanınmış bir yazıçının sufizm fəlsəfəsi mövzusunda olan tarixi romanı dəyərləndirməkdir. Ancaq həyatının kritik dövründə əlinə aldığı bu kitab heç gözləmədiyi bir şəkildə Ellanı dərindən sarsacaq dünyavi eşqi kəşf etmək adına çətin və təhlükəli bir səfərə çıxmasına səbəb olacaq.

Aşksız geçen bir ömür beyhude yaşanmıştır. Acaba ilahi aşk peşinde mi koşmalı, mecazi mi, yoksa dünyevi, semavi ya da cismani diye sorma! Ayrımlar ayrımları doğurur. AŞK’ın ise hiçbir sıfat ve tamlamaya ihtiyacı yoktur.

Başlı başına bir dünyadır aşk. Ya tam ortasındasındır, merkezinde, ya da dışındasındır, hasretinde.


"Oxumadan ölmə" dediyiniz hansı kitablarınız var?

You Might Also Like

0 comments