365 günün ən gözəl bayramı
Biraz eqoistəcinə, bəlkə də biraz feministcəsinə bir paylaşım olacaq, amma oxumağa dəyər.
İlk öncə, niyə bu bayramı dünyəvi qeyd edirik?Gəlin kiçik bir tarixə nəzər salaq.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
Hər bir qadın özəldir. İstər ananız olsun, istər bacınız və ya sevdiyiniz, onlar ilin hər günü sizə qulluq edirlər. Sizə şəxsən olmasa belə, o qadın mütləq şəkildə bir başqasının üstündə əziyyət çəkir. Onların 1 ildə cəmi özlərini özəl hiss etdirəcək iki günü var: doğum günü və beynəlxalq qadınlar bayramı. Əziz oğlanlar, əziz gələcəyin kişiləri! Bu 2 günü onlara çox görməyin!
Bayaq bir dostum öz facebook-unda status paylaşmışdı. O statusu olduğu kimi paylaşıram:
Ümumiyyətlə, bayramlardan qabaq aktuallaşan və əsas olan məsələ təbrik etmənin üsul və vasitələridir. Son 10 ildə böyük korporasiyalar 'gift card' adı altında böyük mənfəət əldə edirlər. Maddi tərəfini qoyuram bir kənara, 'gift card' ən böyük diqqətsizlikdir. Yəni ki, səni sevindirməyə nə vaxtım var, nə enerjim, nə də hevəsim. Sünilikdən uzaqlaşın, marketing sizin beyninizi yuya bilər, amma siz bəzi məsələlərdə inadkar olun. Bayram təbrikindən tutmuş, alacağınız hədiyyəyə qədər individual yanaşın. Dəyər verdiyiniz insanlara alacağınız kartla dəyər biçməyin.
1 ədəd gül belə o insanı özəl hiss etdirə biləcək qüvvəyə malikdir inanın mənə, sadəcə vermək tərzinizi biraz dəyişin. Məsələn, o gəlmədən öncə masanın üstünə qoya bilərsiniz, başucuna,çantasına. Sürpriz etməyi öyrənin əziz bəylər! Hədiyyə etmək o hədiyyənin bahalı olmaq məcburiyyəti olduğu anlamına gəlmir. Könlünüzdən qopsun, onu verəcəyiniz insan hiss etsin, gözlərinizdə həvəs görsün yetərlidir.
10 il öncə analarımıza verdiyimizə ən dəyərli hədiyyə onunçün öz əlimizlə düzəltdiyimiz açıqca və ya əzbərlədiyimiz şeir olardı. İndi hər şey o qədər madiyyatlaşıb ki, əsil dəyərləri unutmuşuq. Ən çox sevilən şeir isə bu idi:
8 Martdır ANACAN,
Lap tezdən oyanmışam!
Əllərimdə gül-çiçək,
Qarşında dayanmışam.
Sənindir bu gül-çiçək!
Şən BAYRAMIN MÜBARƏK!!!
0 comments