Öz həyatınızın yazıçısı olun
Həyatınızın ən xoşbəxt gününü düşünün, sonra da 365 gününüzü belə keçirdiyinizi xəyal edin.
Birinin sizə bir qələm verdiyini düşünün. Amma bu qələm bildiyiniz qələmlərdən deyil. Qapağı bağlı, içini açıb nə qədər mürəkkəbinizin qaldığını görməyəcəyiniz bir qələmdir.
Nə qədər mürəkkəbinizin qaldığını da idarə edə bilməyəcəyiniz üçün, açığı işiniz biraz çətindir. Qələminiz siz hələ bir neçə cümlə yazmışkən bitə bilər. Amma əgər şansınız varsa, hər şeyi dəyişdirə biləcək bir, hətta bəlkə iki roman belə yaza bilərsiniz. Bunu başlamadan bilə bilməzsiniz.
Oyunun qaydalarına görə, nə qədər yaza biləcəyinizi bilməyinizin imkanı yoxdur. Bəxtinizi sınamaqdan başqa çarəniz yoxdur.
Oyunun qaydaları olmasına baxmayaraq, bu qaydalar sizi əsla bir şey eləməyə məcbur etmir. Risk etməyib qələmi bir kənara qoyub bir şey yazmadan da həyatınıza davam edə bilərsiniz.
Bəs siz, qələmi istifadə etməyə qərar versəniz, onunla nə edərdiniz? Oyununuzu nece oynamaq istəyirsiniz?
Yazmağa başlamadan əvvəl uzun uzun düşünüb beyninizdə cızma-qara yaradaraqmı yola çıxarsınız? Bəlkə planlarınız o qədər uzun və ətraflı olacaq ki yazmağa heç vaxtınız belə qalmayacaq?
Yoxsa qələmi əlinizə alar almaz, heç düşünmədən yazmağa başlayacaqsınızmı? Özünüzü hərflərin, hecaların, sözlərin, cümlələrin və abzasların əllərinə təslim edəcəksinizmi?
Görəsən digər sözü yazarkən mürəkkəb bitəcəkmi mövzusuylamı, yoxsa özünüzü mürəkkəb əsla tükənməyəcək fikrinə inandıraraqmı yazacaqsınız? Çünki bilirsiniz ki, mürəkkəbin bitib bitməyəcəyini, bitəcəksə də nə zaman bitəcəyini bilməniz mümkün deyil.
Bəs nə haqqında yazmağı planlayırsınız? Sevgi mi? Eşq mi? Ailəmi? Dostluqmu? Nifrətmi? Şiddətmi? Əyləncəmi? Peşmanlıqmı? Ayrılıqmı? Yaşammı? Ölümmü? Heçbir şeyinizimi yoxsa hər şeyinizimi yazacaqsınız?
Yalnızca özünüzü xoşbəxt etmək üçünmü, yoxsa başqalarını da xoşbəxt etmək üçün də mi yazacaqsınız? Bəlkə də başqaları üçün ya da başqalarını yazıb özünüzü xoşbəxt edəcəksiniz
Əl yazınız necə olacaq? Diqqətli və düzgünmü, yoxsa qarışıqmı yazacaqsınız? Sözləriniz "mən burdayam" deyərcəsinə oxunaqlı və böyükmü olacaq, yoxsa qorxaq və zəifmi? Cümlələriniz bəzəkli və ağır cümlələrmi olacaq, yoxsa sadə və yüngülmü?
Bəs dəftəriniz necə olacaq? Zolaqlı mı, zolaqsızmı? Zolaylıysa sətirlərin arasında boşluq buraxacaqsınızmı, yoxa heç sətir atlatmadan alt altamı yazacaqsınız? Zolaqsızsa düz bir zolaq halında yaza biləcəksinizmi? Ya da düz yaza biməməyi önəmsəməyəcəksinizmi?
Düşünəcək nə çox şey var, elə deyil?
İndi də sizə bir yaşam verildiyini düşünün...
P.S. Hər səhər oyandığım zaman öz özümə belə söz verirəm:
Dünya üzərində vicdanımdan başqa heçkəsdən qorxmayacam. Heç kəsin haqsızlığına boyun əyməyəcəm. Ədalətsizliyi ədalətlə yıxacam və müqavimət etməklə israr edərsə, onu bütün mövcudluğumla qarşılayacam. (Mahatma Gandhi)
0 comments