Həyatın 40 vacib qaydası
Özünüzdə saxlayın, bəlkə sizə də lazım olar :)
- Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al.
- Maraqlı üç lətifə öyrən.
- Sevinclərini heç vaxt təxirə salma.
- Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90 faizini meydana gətirər.
- Hər gün 30 dəqiqə piyada gəz.
- Hər yeməkdən əvvəl şükr et.
- Bir yoldaşına sirrini açmazdan əvvəl iki dəfə düşün.
- Maaşını verən şəxsləri heç vaxt tənqid etmə.
- İtirəcək şeyləri olmayan insanlardan qorx.
- Gözünün qarşısında həmişə gözəl şeylər saxla.
- Uşaqların, adət sözünü eşitdiklərində Səni xatırlayacağı şəkildə yaşa.
- Dininə aid kitabı tam mənasıyla oxumaq üçün özünə 1 il vaxt ver.
- Özünü və başqalarını bağışlamağı bil.
- İlkin tibbi yardımı öyrən.
- Biri səni qucaqladığında ilk buraxan sən olma.
- Hər gün 8 stəkan suyunu içməyi unutma.
- Səni sevən insanları qoru.
- Çətin də olsa ailənlə tətil etmək üçün əlindən gələni et. Bu tətildəki anlar, həyatının qiymətli anlarından olacaq.
- Özünə edilməsini istəmədiyin heç bir şeyi başqalarına etmə.
- Müvəffəqiyyətə, daxili rahatlığa qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı qiymətləndir.
- Yaxşı və müvəffəqiyyətli bir evliliyin iki şeyə bağlı olduğunu unutma. Birincisi doğru insanı tapmaq, ikincisi doğru insan olmaq.
- Valideylərini, həyat yoldaşını və uşaqlarını tənqid etmək istədiyin zaman dilini dişlə.
- Xoşagəlməz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.
- Cəsarətli ol, həyatına çevrilib baxdığında etdiklərin üçün deyil etmədiklərin üçün kədərlənəcəksən.
- Çox mükəmməl deyə dəyərləndirdiyin bir fikrə başqasının maneə törətməsinə icazə vermə.
- Kefsizliklərini hiss etdirmə.
- Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kimi və heç nəyi tənqid etmə.
- Evliliyini gözəlləşdirmək üçün hər gün bir şeylər et.
- Yaxşılıq dolu bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə.
- Uşaqların haqqında başqalarına yaxşı bir şeylər danışarkən, qoy onlar da eşitsin.
- Güc, sahib olduğun mallarla əlaqədar deyil. Unutma!!
- Uşaqlarını anlamağa çalış, danlamağa yox.
- Qələm və bloknotunu daim yanında gəzdir.
- Zaman və sözləri boş yerə xərcləmə, ikisi də çox qiymətlidir.
- İnsanların etdikləri mənfi şeyləri deyil, irəlidə edəcəklərini düşün.
- Səndən az ya da çox pulu olanlarla, pulun haqqında danışma.
- Bir şeyi əldə etmək üçün çox səy sərf etdinsə, dadını çıxartmaq üçün zaman ayır.
- Birinin qəhrəmanı ol.
- Nəyi və kimi dəstəklədiyini insanlara söylə.
- Yalnız sevgi üçün evlən.
0 comments