Həyat kənardan göründüyü qədər asan olsaydı nə gözəl olardı deyirəm. Hani o deyib-gülən insana kənardan baxanda düşünürsüz e, "bəxtəvər bunun başına, necə dərdsiz insandı" deyə. Biriləri sizə yaralarını göstərmirsə, çətinliklərini danışmırsa, bu onun həyatının güllü çiçəkli olmağı mənasını vermir.
Təzəlikcə mənə dedilər ki, mən həyatda heç bir çətinlik görməmişmişəm. Və anladım ki, insanlar hə zaman görmək istədiklərini görər, insanın qəlbindəkilər sadəcə ona qalar. Halbuki
1)Çətinlik mənim üçün 6 yaşında Baku Oxford Schoolda özünün və anasının günlük 6 saat non-stop əziyyəti və zəhməti hesabına bütün məktəbdə 1ci yerə çıxmaqdı.
2)Çətinlik mənim üçün 7 il musiqi məktəbində skripka ilə paralel fortepiano, solfecio, musiqi ədəbiyyatını təkbaşına oxumaq, bütün 7 ildə bütün fənlərdən sırf direktorun və müəllimlərin gözündən düşməmək üçün imtahanlardan 5 almaq, bunlarla birlikdə məktəb təhsilini uğurla başa çatdırmaqdır.
3)Çətinlik mənim üçün ən ehtiyacı olduğu yeniyetmə zamanlarda tələbə həyatına tək hazırlaşmaq və bu imtahanı yenə də uğurla başa çatdırmaqdır
4) Çətinlik mənim üçün tələbəlik həyatında bəzi psixoloji çətinliklərdən yenə də təkbaşına keçməkdir.
5)Çətinlik mənim üçün sırf ailəm istədi deyə sevmədiyim və istəmədiyim fakultədə 4 il oxumaq və sırf onlar istədi deyə 4 ili də uğurla başa çatdırmaqdır
6)Çətinlik mənim üçün sevdiyin birinin xərçəng xəstəliyinə tutulduğunu öyrənmək və əlindən heçnə gəlmədiyi üçün göz görə görə onun ölümünü qəbul etməkdir.
7)Çətinlik mənim üçün ən çox sevdiyi insana işlə əlaqədar 5 il həsrət qalmaqdır. Bəlkə də onu sevməyimin səbəbi də budur.
8)Çətinlik mənim üçün Qərb universitetində oxumaqdır (Mənlə oxuyanlar bunun nə demək olduğunu anlayacaqlar)
9)Çətinlik mənim üçün atama dəstək olmaq üçün istirahətsiz, məzuniyyətsiz onun yanında işləməkdir (Qulağa çox gözəl səslənir elə deyil?Bəxtəvərə bax atasının yanında işləyir. Hamı fikirləşir ki, istədiyim vaxt gedib çıxa bilərəm, istədiyim kimi davrana bilərəm)
10)Çətinlik mənim üçün anlaşılmamaqdı. İstənilən bir mövzuda (üstəlik haqlı olduğun mövzuda) özümü açıqlamaq məcburiyyətində qalmaqdı. (Hətta bu mənim üçün çətinlik olmaqdan çıxıb, kompleks halına gəlib, ən böyük fobiyamdı)
11)Çətinlik mənim üçün 7 yaşımdan bəri böyüdüyüm, ona hər şeyimi verdiyim dostumu anidən səbəbsiz yerə itirməkdi. Uşaqlıq dostunun bir anda çıxıb getməyi (həm də sən günahsızkən) nə deməkdi bilirsiniz?
10)Çətinlik mənim üçün anlaşılmamaqdı. İstənilən bir mövzuda (üstəlik haqlı olduğun mövzuda) özümü açıqlamaq məcburiyyətində qalmaqdı. (Hətta bu mənim üçün çətinlik olmaqdan çıxıb, kompleks halına gəlib, ən böyük fobiyamdı)
11)Çətinlik mənim üçün 7 yaşımdan bəri böyüdüyüm, ona hər şeyimi verdiyim dostumu anidən səbəbsiz yerə itirməkdi. Uşaqlıq dostunun bir anda çıxıb getməyi (həm də sən günahsızkən) nə deməkdi bilirsiniz?
Bu yazdıqlarım sizə çox asan gələ bilər və bu yazdıqlarım yenə də bütün yaşadıqlarım və öhdəsindən gəldiklərim deyil. Amma bunu yaşayan 6-20 yaşında hərşeydən xəbərsiz papasının balaca "GÜL" balasıdı.
Heç kəsin həyatı göründüyü və ya göstərdiyi kimi mükəmməl deyil. Heç kəs uğura dümdüz yolla gedib çatmayıb, qarşısına əngəllər, eniş yoxuşlar,çoxlusayda "olmaz"lar, "alınmaz", "bacarmazsan"lar çıxıb. Biriləri sizə yaralarını göstərmirsə, onun heç də qibtə ediləcək həyatı olduğunu mənasını vermir. Çünki araşdırmalara görə, hər kəslə deyib-gülən insan tək qaldığı an ağlayan insandır. O insanın dərinlərdə bir yerlərdə silinməyəcək yaraları vardır.
Mən göyün üzünü də görmüşəm, yerin dibini də. Mən yaşarkən cənnəti də görmüşəm, cəhənnəmi də. Mən varı da görmüşəm, yoxu da. Ətrafımda səmimi olduğum çoxlu sayda insanlar var, amma barmaqla sayılacaq qədər insana mən dost deyirəm. Onlar mənim qəlbimin içindəkini bilirlər, onlar mənim nə yaşadığımı bilirlər, onlar bugün güclü olmaq səbəbimi bilirlər və onlar bugün mənim güclü olmaq mənbəyimdirlər.
Əslində mənim çətinliyim 5 yaşında məni suiti dişliyərkən başladı. Ta o zamandan fərqli biri olduğumu anlamalıydım. Yer üzündə bəlkə də milyonda bir insan suiti izi ilə yaşayır.
Yani qısası, mən papamın ərköyün balası ola bilərəm, amma "GÜL" balası deyiləm.
Ona görə kimisə dərindən tanımadan, nələr yaşadığını bilmədən onlar haqda fikir yürütməyin, mühakimə etməyin.
Həyat kənardan göründüyü qədər asan olsaydı nə gözəl olardı deyirəm. Hani o deyib-gülən insana kənardan baxanda düşünürsüz e, "bəxtəvə...