Bloguma xoş gəldiniz!
Hər kəsə salam.
İlk öncə Blog-umun adnı niyə Gul's diary qoydum, o haqda qısa bir məlumat vermək istəyirəm.
Uşaq ikən adımı heç sevməzdim, çünki özümü qarşımdakına tanıdanda mütləq şəkildə ilk dəfə mənə səhv adla müraciət edərdilər. Təbii ki, özünə dəyər verən bir insan olaraq bu durumdan heç xoşlanmazdım. Böyüdükcə adımı qısaltmaq qərarına gəldim və bunu ilk dəfə universitetin ilk günündə etdim. Hər kəs kimi ailədə və dostlar arasında mənim də qısaldılmış, şirnikləşdirilmiş onlarla adım var idi, amma mən mənə və xarakterimə ən çox uyğun gördüyüm bir adı seçdim: GÜL. Niyə Gül? Bildiyiniz kimi, Gül sözü omonimdir və iki mənası vardır (başqa mənaların da bilirsinizsə çəkinmədən deyə bilərsiniz):
1) Gül - gül, çiçək. Yer üzündə yüzlərlə, minlərlə, bəlkə də milyonlarla növ gül var. Hərəsinin öz ətri, öz xeyri və öz gözəlliyi var. Təvazökarlıqdan biraz uzaq da olsa, özümü o güllərdən birinə bənzədirəm. Bu haqda sonrakı yazılarımdan birində paylaşacam.
2) Gül - gülmək, gülümsəmək. Hər insan kimi mənim də hüzünlü, kədərli vaxtlarım olur, amma bacardıqda o vaxtların qısa sürməsini və onun ardından gülməyi öyrənməyə çalışıram. Məndən sizə məsləhət, siz də öyrənin :) Ailəmdən başqa hər kəs məni gülərüz, mehriban bir insan kimi tanıyır, çünki ailə yeganə toplumdur ki, sən orda olmalı olduğun vəziyyətdə yox, özün kimi olursan. Onların yanında istədiyim zaman ağlaya, kədərlənə bilərəm, amma bunu çox vaxt kənara bildirməməyə çalışıram.
Diary məsələsinə gəlincə. Uşaqlıqdan dəfələrlə günlük tutmuşam, yazmışam, bir neçəsini doldurub bitirmişəm. Bir yerdə anladım ki, yazmaq məni rahatlatır. Heç kəsə deyə bilmədiyimi və ya demək istəmədiklərimi ora yazdıqca mən sanki yenilənirdim, dirçəlirdim.
Çox uzun müddətdir ki, mən blog açmağı planlaşdırırdım. Qismət bu günə imiş.
Məsləhətlərimlə, bəzən sevincli, bəzən hüzünlü yazılarımla sizlərlə birlikdə olacam.
To be continued :)
7 comments
Xeyirli olsun.
ReplyDeleteYaz, bizdə oxuyaq. Xeyirli olsun. 😘
ReplyDeleteBəyənilsin👍👏🌹Əhsən! 👸☝
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete😍😍😘😘
ReplyDelete👏👍
ReplyDeleteCool and that i have a nifty supply: What Renovation Expenses Are Tax Deductible remodeling old homes
ReplyDelete