Pozitiv olaq!
Oğlanları bilmirəm, amma məncə hər bir qız yuxudan duranda ən az 10 dəqiqəsini qarderob qarşısında oturub nə geyinəcəyini düşünməklə keçirir. Təxminən 90% bu problemi yaşayan qızların da 30% günə bu düşüncə ilə negativ başlayır. Daha sonra güzgü qarşısında özünü bəzəyərkən də bu negativliyi güzgü vasitəsilə "evren"e mesaj göndərir. Sonda nə olur? Bütün gün alt - üst olur, hər şey tərs getməyə başlayır. Böyük ehtimal siz də "Bugün deyəsən tərsindən (solundan) qalxmısan" sözünü eşidirsiz. Əslində o tərs qalxmaq deyil, günə doğru başlamamaqdı!
Xanımları yazıram, lakin kişilərə də eyni məsləhətləri görmək istiyərəm.
Bir yerlərdə oxumuşdum: Ayna - enerjini saxlayan və paylayan ən güclü vasitədir. Mənim günə pozitiv başlamaq missiyam 3 mərhələdən ibarətdir.
1) Yuxudan durduğun an özünü pozitivliyə kökləmək.
İstər sevdiyin mahını oxu, istərsən də içindən "Bu gün hər şey mükəmməldi" sözlərini dönə dönə təkrar et. Sən buna ürəkdən nə qədər inansan, həyat da sənə o qədər mükəmməl gün yaşadar
2) Qarderobuna çox sevdiyin sitatları yazıb as
Daha çox qarderobun iç tərəfindən yapışdırmaq daha məsləhətdir, çünki nə geyindiyini düşündüyün zaman gözün o sitatlara sataşacaq və səni günə güclü və pozitiv başlamağa şövqləndirəcək.
3) Bu etapları uğurla tamamladıqdan sonra ayna qarşısına keçməyə hazırsan deməkdir
Artıq özünümü bəzəyirsən, saçınımı darayırsan, qoluna saatınımı taxırsan - nə edirsən et, amma güzgüdə özünə gülümsə! Unutma, sən gülərsən dünya gülər. Sən yaxşı şeyləri çağırarsan onlar sənə gələr. Sən 6 milyard insan içində fərqlisən! Özünə inan, uğura gedən yolda iri addımlarla getməyə hazırlan!
Mənim iş masam, qarderobum, divarım - demək olar ki, hər gün gözümün sataşdığı hər yer - müxtəlif dillərdə yazılmış bu sitatlarla doldurulub
1) Yeterince cesur olduğunuzda her şey mümkündür! (K.Rowling)
2) Hər günə həyatında ən gözəl olmağa şans ver! (Pifaqor)
3) Xoşbəxt olmaq istəyirsənsə özünü başqaları ilə müqayisə etmə! (James F. Cooper)
4) You must do the things you think you cannot do! (Eleanor Roosevelt)
5) One day you will wake up and there won't be any time to do the things you've always wanted. DO IT NOW! (Paulo Coelho)
6) When you are young, work to learn, not to earn (Robert Kiosaki)
7)The time will pass anyway, you can either spend it creating the life you want or spend it living the life you don't want. The choice is yours (Unknown)
8) Hayal ede bildiğiniz her şey GERÇEKTİR! (Pablo Picasso)
9) Kendime not: Gülümse, mutlu görün, ve hiç bir şey olmamış gibi davranmaya devam et!
10) GÜL...İnsanlar haqqında nə düşünürsə düşünsün, onlara inad GÜL...Həyatında nə baş verirsə versin, olanları unut və GÜL...Mən öyrəndim GÜLməyi, sən də öyrən və GÜL...(Gül M.Balakişiyeva)
Mənim üçün önəmli olan ilk 10luğumu yazdım. Siz də bu və bu kimi sitatlardan istifadə edərək nəinki gününüzü, bütün həyatınızı uğurlu addımlarla iləriləliyərək istədiyiniz hə şeyi əldə edə bilərsiniz.
P.S. Bu sitatların bir çoxunu instagram-da @thegoodquote səhifəsindən götürmüşəm. İzləməyi məsləhət görürəm.
0 comments